“Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

20 may 2020, 18:18

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında vergi inzibatçılığının həyata keçirilməsi üçün elektron formada məlumat mübadiləsi haqqında” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2020-ci il.