Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

19 may 2020, 17:00


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair 2020-ci il martın 11-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri,19 may 2020-ci il.