14 may 2020, 12:00

Fəzilə İsgəndərovadan, Göyçay, Azərbaycan

Hörmətli Mehriban xanım.

Dünyanı bürüyən koronavirus pandemiyası dövründə aztəminatlı insanları, təqaüdçüləri də yaddan çıxarmadığınıza, onlara lazımi kömək göstərdiyinizə görə Sizə təşəkkür edirəm.

Həyat yoldaşım Çernobıl əlili idi, bu yaxınlarda vəfat edib. Karantin günlərində günlərdə vəziyyətimiz ağır idi, göndərdiyiniz yardıma görə çox sağ olun. Allah Sizi, cənab Prezidentimizi və ailə üzvlərinizi qorusun. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

İsgəndərova Fəzilə Cəbrayıl qızı.

Azərbaycan Respublikası, Göyçay rayonu.