Etibar Musayevdən, Ağdaş, Azərbaycan

11 may 2020, 12:00

Hörmətli Birinci vitse-prezident Mehriban xanım.

Əvvəla mən sənətkar ailəsinin gənc bir üzvü olaraq xalqımızın qayğısına qaldığınız üçün şəxsən öz adımdan və ailəmin adından Sizə və cənab Prezidentə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Biz Sizə və cənab Prezidentimizə ürəkdən inanır və etibar edirik.

Koronavirus qlobal pandemiya olaraq ölkəmizə də təsir etməkdədir. Epidemiya insanlarımızı həm mənəvi, həm də maddi sıxıntılara məruz qoyur. Buna baxmayaraq, Prezidentimizin liderliyi və Sizin dəstəyiniz ilə koronavirusla mübarizə hər bir sahədə, o cümlədən sosial, iqtisadi, səhiyyə sahələrində uğurla gedir. Atılan düşünülmüş addımlar nəticəsində koronavirusun yayılması qısa zamanda kəskin şəkildə azalaraq, insan həyatındakı itkilər minimum səviyyə endi. Bununla bərabər, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin edilməsi, aztəminatlı ailələrə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yardımların verilməsi böyük xeyriyyəçiliyin, vətəndaşa diqqət və qayğının bariz nümunələridir.

Hörmətli Mehriban xanım, bu uzaqgörən addımların nəticəsidir ki, bu gün ölkəmiz koronavirusla mübarizədən üzüağ çıxan dövlətlər sırasındadır. İnanırıq ki, Sizin xeyirxahlığınız, xalqımıza qarşı həssaslığınız, görülən işlər və xalqımızın birliyi nəticəsində bu sınaqdan da üzüağ çıxacağıq. Siz əsl xeyirxah Azərbaycan qadınını təcəssüm etdirirsiniz. Bir daha Sizə və cənab Prezidentimizə təşəkkür edirəm.

Hörmətlə,

Musayev Etibar İlham oğlu.

Azərbaycan Respublikası, Ağdaş rayonu.