İmran Musayevdən, Gəncə, Azərbaycan

11 may 2020, 11:30

Hörmətli Mehriban xanım.

İlk növbədə, daha əvvəl ünvanladığım müraciətlərin tərəfinizdən müsbət cavablandırılmasına görə Sizə təşəkkürümü bildirirəm. Ulu öndərimiz Heydər Əliyev məktəbinin davamçıları – Sizinlə və möhtərəm Prezidentimiz İlham Əliyevlə eyni ölkənin vətəndaşı olmağımla fəxr edirəm.

Hörmətli Mehriban xanım, bütün dünyanı saran koronavirus xarici ölkələrdə bir çox fəsadlar törətsə də, Sizin və Prezidentimizin uzaqgörənlikdə gördüyünüz tədbirlər nəticəsində Azərbaycan bu mübarizədən qalib ayrılmaqdadır. ABŞ, İtaliya, İspaniya kimi ölkələr bu virusla mübarizədə böyük itkilər verib, lazım olan müqaviməti göstərə bilməyib. Ölkəmizdə atılan addımlar isə dünya üçün örnəkdir.

Həm ölkə daxilində, həm də Vətənimizdən kənarda yaşayan azərbaycanlılar həmişə olduğu kimi, bu günlərdə də dövlətimizin qayğısını hiss etdilər. Buna görə ulu öndər Heydər Əliyevin layiqli davamçılarına – Sizə və möhtərəm Prezidentimizə təşəkkürümü bildirirəm. Mən Sizinlə fəxr edirəm.

Hörmətlə,

Musayev İmran Məmməd oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri.