04 may 2020, 12:30

Rüfət Salmanzadədən, Bakı, Azərbaycan

Çox hörmətli Mehriban xanım,

Bu gün dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Azərbaycan ölkənin iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi kimi təməllər üzərində möhkəm dayanan sabitlik adasıdır. Uğurlu siyasət nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən dövlət kimi tanınır.

Dünyanı bürüyən koronovirus bəlası sanki cəmiyyətləri və fərdləri sınaqdan keçirir, insanlıq imtahan verir. Cənab Prezidentimizin və Sizin pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin virusdan qorunması məqsədilə atdığınız addımlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, insanların sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gənclər tərəfindən də yüksək qiymətləndirilir. Bütün bu tədbirlər koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasında önəmli rol oynadı.

Bu çətin günlərdə dövlətimiz və xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan adlı böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Salmanzadə Rüfət Əlövsət oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.