İlham Əliyev Qana Respublikasının ölkəmizdəki səfirinin etimadnaməsini qəbul etmişdir

01 dekabr 2011, 16:30

Prezident İlham Əliyev Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul etmişdir.

Səfir Set Korantenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Set Korantenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Set Korantenq Qana Respublikasının Prezidenti Con Evans Atta Millsin salamlarını dövlətimizin başçısına çatdırdı, Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. O, ölkəsinin Azərbaycan ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı. Set Korantenq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq işlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi. Azərbaycanda gedən inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən qanalı diplomat iqtisadi inkişafla bağlı Azərbaycanın təcrübəsindən bəhrələnməyin önəmini vurğuladı.

Dövlət başçısı Azərbaycanın da Qana ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı keçirilən səsvermə zamanı Azərbaycana verdiyi dəstəyə görə Qana hökumətinə təşəkkürünü bildirdi.

Dövlət başçısı Prezident Con Evans Atta Millsin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana dövlətinin başçısına çatdırmağı xahiş etdi.

SƏNƏDLƏRSərəncamlar21 noyabr 2019
19:55
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli 1684-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikli...

21 noyabr 2019, 19:55
SƏNƏDLƏRQanunlar21 noyabr 2019
19:50
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onl...

21 noyabr 2019, 19:50
SƏNƏDLƏRSərəncamlar21 noyabr 2019
16:10
Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bu il şəhər statusu almasının 70 illiyini qeyd edən Sumqayıt ötən dövr ərzində parlaq inkişaf yolu keçərək, ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmiş, eyni zamanda, elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük uğurlar əldə etmişdir.

Azərbaycan Respub...

21 noyabr 2019, 16:10