İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

29 noyabr 2011, 17:50

Prezident İlham Əliyev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun etimadnaməsini qəbul etmişdir.

Səfir Daniel Kristian Çiobanu fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Daniel Kristian Çiobanu etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Rumıniya arasında siyasi və iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi üçün güclü hüquqi bazanın olduğunu dedi. Prezident İlham Əliyev Rumıniyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan NATO əlaqələrinin inkişafındakı rolunu qeyd etdi. Dövlət başçısı ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev Daniel Kristian Çiobanunun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu bildirən Daniel Kristian Çiobanu ölkələrimizin ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini vurğuladı. Diplomat ölkələrimiz arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üçün Azərbaycan və Rumıniya prezidentləri tərəfindən imzalanan birgə Fəaliyyət Planının önəmini qeyd etdi. Daniel Kristian Çiobanu ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə, o cümlədən enerji sektorunda əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Rumıniyalı diplomat ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

SƏNƏDLƏRFərmanlar23 aprel 2019
16:30
Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (YUNESKO) arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə...

23 aprel 2019, 16:30
SƏNƏDLƏRSərəncamlar23 aprel 2019
16:25
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illərdə İkinci Dünya ...

23 aprel 2019, 16:25