İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin “Formula Vlasti” proqramının müəllifi və aparıcısı Mixail Qusmana müsahibə vermişdir

28 noyabr 2011, 13:00
İlham Əliyev Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin “Formula Vlasti” proqramının müəllifi və aparıcısı Mixail Qusmana müsahibə vermişdir

Prezident İlham Əliyev noyabrın 27-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin “Formula Vlasti” (Hakimiyyət Formulu) proqramının müəllifi və aparıcısı Mixail Qusmana müsahibə vermişdir.

Dövlət başçısı müsahibədə Azərbaycanın son illər müxtəlif sahələrdə keçdiyi inkişaf yolu, ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasəti, regionların inkişafı və digər məsələlərlə bağlı suallara cavab vermişdir.