09 aprel 2020, 11:00

S.Məmmədov və başqalarından, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezidentimiz.

Bu gün çox təhlükəli pandemiya - koronavirus bütün dünyanı sarmışdır. Təəssüf ki, bu qorxulu bəla ölkəmizdən də yan keçməmişdir. Vətəndaşlarımızın sağlamlığının və təhlükəsizliyinin qorunması üçün gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə rayonumuzun və qəsəbəmizin əhalisi adından dərin təşəkkürümüzü bildiririk. Bu çətin günlər bir daha sübut etdi ki, Azərbaycan Prezidenti öz xalqının yanındadır. Həmçinin xalqımız da öz Liderinin yanındadır. Əminik ki, bu birlik bizə bu ağır sınaqdan da qələbə ilə çıxmağa imkan verəcəkdir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün hər bir vətənpərvər azərbaycanlının dilinin əzbəridir. Biz bu birlikdən güc alaraq koronavirus təhlükəsinə də qalib gələcəyik.

Qadir Allah Sizi qorusun, biz Sizinlə fəxr edirik.

Qaraçala qəsəbəsinin ziyalıları və ağsaqqalları adından dərin hörmətlə,

Məmmədov S.

Həşimov S.

Əsgərov K.

Vəliyeva Ş. və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu.