09 aprel 2020, 13:30

Ramin Rzayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Son dövrlərdə yaşanan hadisələr bir daha göstərdi ki, Siz xalqımız və onun sağlamlığının qorunması üçün əlinizdən gələni edirsiniz. Eyni zamanda, bu çətin dövrdə əhalinin aztəminatlı təbəqəsini də yaddan çıxarmırsınız. Karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və ehtiyac içərisində yaşayan insanlara dövlətimiz tərəfindən maddi dəstək göstərilir.

Bu həssas və qayğıkeş münasibətə görə biz Sizinlə fəxr edir, Sizə dərin minnətdarlığımızı bildiririk.

Nə qədər ki, Siz varsınız, bu xalqın kürəyi yerə dəyməz. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Rzayev Ramin Səlim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.