09 aprel 2020, 12:30

Seymur Daşdəmirovdan, Şəmkir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Sizinlə qürur duyuram. Siz bir daha sübut etdiniz ki, əsas vəzifəniz xalqımızı, dövlətimizi qorumaqdır. Çətin günlərə qalib gəlmək üçün Siz var gücünüzlə çalışır, mümkün olan hər şeyi edirsiniz.

Sizin qətiyyətli mövqeyinizə görə Azərbaycanı daim uğur gözləyəcəkdir. Bizim qayğımıza qaldığınıza, yorulmadan çalışdığınıza görə çox sağ olun.

Allah bütün işlərinizdə köməyiniz olsun.

Hörmətlə,

Daşdəmirov Seymur Ceyhun oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu, Qaracəmirli kəndi.