09 aprel 2020, 12:00

Azər Soltanov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı bürüyən koronavirus pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər təqdirəlayiqdir. Virusun ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər üçün böyük məbləğdə vəsaitin ayrılması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi bu məsələyə necə ciddi yanaşıldığını göstərir. Bir neçə gün bundan əvvəl Sizin iştirakınızla tibbi maska istehsal edən müəssisənin istifadəyə verilməsi koronavirusla mübarizə sahəsində növbəti addım oldu. Qısa müddətdə qurulan bu müəssisə heç şübhəsiz ki, ölkəmizdə tibbi maska qıtlığını aradan qaldıracaqdır.

Əziz Prezidentimiz, böyük bir bəla olan koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə görülən işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz xalqımıza dəstək olduğunuz kimi, xalqımız da hər zaman Sizə dəstəkdir. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”.

Hörmətlə,

Soltanov Azər Soltan oğlu

Fərzullayev Adil Əlirza oğlu

Rəhimova Güllübəyim İsa qızı və başqaları.

Azərbaycan Respublikası, Masallı rayonu.