09 aprel 2020, 11:15

Nahid Yarıyevdən, Cəlilabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin xalqımız və millətimiz üçün necə dəyərli işlər gördüyünüzün bir daha şahidi olduq. Dünyada tüğyan edən və insanları qorxuya salan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması üçün gördüyünüz tədbirlər həyati əhəmiyyətlidir. Eyni zamanda, Sizin bu məsələləri diqqətiniz mərkəzində saxlamağınız və təcili tədbirlər görməyiniz nəticəsində bu pandemiyanın ölkəmizdə yayılması minimum həddədir.

Cənab Prezident, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Əminik ki, Sizin fədakar əməyiniz nəticəsində xalqımız bu bəladan da minimum itki ilə çıxacaqdır. Bütün xalqımız kimi, ailəmiz də bu mübarizədə Sizinlədir.

Möhtərəm cənab Prezident, çox sevindirici haldır ki, tarix Azərbaycanımızı xoşbəxt gələcəyə aparmaq missiyasını məhz Sizə həvalə edib.

Hörmətlə,

Yarıyev Nahid Nizami oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.