09 aprel 2020, 09:30

Rəşad Həsənovdan, Astara, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin nəzarətiniz və göstərişiniz ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər hər birimizdə bu virusa birlikdə qalib gələcəyimizə böyük ümid yaradıb.

İnanıram ki, xalqımız tezliklə qarşıya qoyulan bütün məqsədlərə çatacaqdır. Çünki biz birlikdə güclüyük.

Ehtiyatda olan bir zabit kimi Sizin əmr və göstərişlərinizi gözləyirəm. Pandemiyaya qarşı mübarizədə Sizə dəstək olmağa hər zaman hazıram. Görülən böyük işlərə görə şəxsən öz adımdan və ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Həsənov Rəşad Əlövsət oğlu.

Azərbaycan Respublikası, Astara rayonu.