08 aprel 2020, 11:45

Faiqə Yediyarovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Koronavirusa qarşı önləyici tədbirlər görən qabaqcıl ölkələrdən biri də Azərbaycandır. Sizin çağırışınıza böyük məsuliyyətlə yanaşaraq ölkə vətəndaşları virus təhlükəsinə qarşı həmrəylik nümayiş etdirirlər.

Biz gəncəlilər yaxşı dərk edirik ki, bu təhlükəni yalnız Sizin rəhbərliyinizlə dövlətin atdığı addımlarına dəstək verməklə aradan qaldırmaq olar. Koronavirusla mübarizədə göstərdiyiniz əzmkarlığa görə Sizə minnətdarlığımı bildirirəm.

Tarixin min bir ağrı-acısına tab gətirən Azərbaycan xalqının koronavirusla mübarizədən də alnıaçıq və minimum itki ilə çıxacağına inanırıq.

Hörmətlə,

Yediyarova Faiqə Tapdıq qızı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.