08 aprel 2020, 11:00

Qoçu Bayramovdan, İmişli, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən ehtiyatda olsam da, həm keçmişin, həm də bu günün əsgəriyəm. Sizin fəaliyyətinizlə bağlı xəbərləri hər gün diqqətlə izləyirəm. Mən bir vətəndaş olaraq öz Vətənimlə fəxr edirəm. Azərbaycan son illər ərzində sürətlə inkişaf edərək regionda ən qüdrətli dövlətə çevrilib. Ölkəmiz günbəgün gözəlləşir. Paytaxt Bakı şəhərində ucaldılan binalar, inşa edilən çoxsaylı körpülər xaricidən gələn qonaqların zövqünü oxşayır. Bu yenilikləri görüb sevinməmək mümkün deyil. Bu məqamda ulu öndər Heydər Əliyevin sözləri yadıma düşür: “Fəxr edirəm ki, mən azərbaycanlıyam.”

Həmçinin qeyd etmək istəyirəm ki, fəaliyyətində nöqsanlara və qanun pozuntularına yol verən məmurlar barədə ciddi tədbirlər gördüyünüzə görə vətəndaşlar Sizi daha çox sevir və Sizə inanırlar.

Cənab Prezident, mən bir vətəndaş olaraq şəxsən öz adımdan və ailəmizin adından Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı arzulayıram.

Ulu Yaradan Sizi, ailənizi və Azərbaycanımızı qorusun.

Hörmətlə,

Bayramov Qoçu Qanı oğlu.

Azərbaycan Respublikası, İmişli rayonu.