08 aprel 2020, 10:30

Elman Ağayevdən, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin aqrar sahəyə göstərdiyiniz diqqət və qayğı sayəsində son illərdə ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı xeyli artıb. Kənd təsərrüfatının ənənəvi sahələrinin, xüsusilə də pambıqçılığın dirçəldilməsi bu məhsul üzrə ixtisaslaşmış rayonların sosial-iqtisadi inkişafını sürətləndirməkdədir. Bizim Zərdab da həmin rayonlardan biridir.

Aqrar sahənin inkişafında mühüm rol oynayan suvarma məsələlərinə də böyük diqqətin ayrılması biz əkinçiləri sevindirir. Kollektorların lildən təmizlənməsi, şoranlaşmaya məruz qalmış torpaq sahələrinin yararlı hala gətirilməsi üçün lazımi tədbirlər görülür. Sakini olduğum Dəli Quşçu kəndində kollektor şəbəkəsi lildən tamamilə təmizlənib.

Cənab Prezident, çalışacağıq ki, dövlətimizin qayğısına öz əməli işimizlə cavab verək. Sizə cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Ağayev Elman Musa oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Dəli Quşçu kəndi.