06 aprel 2020, 15:35

Zəhra İbrahimova və Minayə Əkbərovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Yeni tip koronovirus pandemiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Sizin rəhbərliyinizlə aparılan qabaqlayıcı və təxirəsalınmaz tədbirlər bütün ölkə əhalisi kimi biz ağcabədililər tərəfindən də böyük rəğbətlə qarşılanmışdır. Bu sahədə görülən tədbirlər, xüsusən dünya azərbaycanlılarının həmrəyliyinin bariz nümunəsi olan Koronovirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həmçinin "Yeni klinika" tibb müəssisəsinin açılışındakı çıxışınız bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür, hər bir vətəndaşın qayğısına qalır, onun sağlamlığını hər şeydən üstün tutursunuz. Görülən işlər Sizin müdrik və uzaqgörən siyasətinizin bariz nümunəsidir.

Bu işlərin davamı olaraq rayonumuzda da mühüm işlər görülür, mütəmadi olaraq avtomobil yollari, səkilər, yaşayış binaları və həyətlər dezinfeksiyaedici məhlullarla yuyulur, aztəminatlı ailələrə və tənha yaşayan vətəndaşlarımıza müxtəlif yardımlar olunur, sosial xidmətlər göstərilir.

Həyatımız üçün ciddi təhlükə olan koronovirusa qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının yanında olduğunuza görə rayon sakinləri adından Sizə öz təşəkkürümüzü bildiririk.

Sizinlə qürur duyuruq, cənab Prezident.

Hörmətlə,

İbrahimova Zəhra, əməkdar müəllim

Əkbərova Minayə

Azərbaycan Respublikası, Ağcabədi rayonu.