06 aprel 2020, 11:05

Elxan Cabbarov və başqalarından, Daşkəsən, Azərbaycan

Möhtərəm cənab Prezident.

Hər bir Azərbaycan vətəndaşı Sizə ürəkdən inanır, hər bir işdə Sizə güvənir, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə çox yüksək səviyyədə təşkil edilib. Əminik ki, qabaqlayıcı tədbirlər tezliklə müsbət nəticə verəcəkdir.

Sizin koronavirus pandemiyasına qarşı mübarizədə sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinizi, irəli sürdüyünüz nəcib təşəbbüslərinizi ürəkdən dəstəkləyirik. Məhz Sizin yorulmaz fəaliyyətinizin bəhrəsidir ki, Azərbaycanda həyat öz axarı ilə davam edir.

Biz sakinlərin sağlamlığını düşündüyünüzə, yorulmaz fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Cabbarov Elxan

Mustafayeva Alidə

Əhmədov Sahib

Azərbaycan Respublikası, Daşkəsən rayonu.