Nailə Məmmədova və başqalarından, Daşkəsən, Azərbaycan
Text size
04 aprel 2020, 11:45
Çox hörmətli cənab Prezident.
Koronavirusa qarşı önləyici tədbirlər görən ən qabaqcıl ölkələrdən biri də məhz Azərbaycandır. Sizin ətrafınızda sıx birləşərək virus təhlükəsinə qarşı vətəndaşlarımız həmrəylik nümayiş etdirirlər.
Biz daşkəsənlilər bilirik ki, təhlükəni yalniz Sizin rəhbərliyiniz altında dövlətin addımlarına dəstək verməklə önləmək olar. Göstərdiyiniz əzmkarlığa və səylərə görə Sizə minnətdarlığımızı bildiririk. Ümidvarıq ki, bu mübarizədən tezliklə alnıaçıq çıxacağıq.
Hörmətlə,
Məmmədova Nailə
Məmmədova Səidə
Aslanova Rəna
Azərbaycan Respublikası, Daşkəsən rayonu.