04 aprel 2020, 11:30

Seyran İsmayılovdan, Lerik, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Bu gün bəşəriyyəti koronovirus adlı bir fəlakət cənginə alıb. Hər gün minlərlə can almaqda davam edən bu pandemiya, təəssüf ki, doğma Azərbaycanımızdan da yan keçmədi. Amma, Sizin gördüyünüz qabaqcıl tədbirlər nəticəsində pandemiyanın ölkəmizə təsiri minimum həddədir. Ardıcıl verdiyiniz sərəncam və göstərişlər Azərbaycan vətəndaşının təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanmış addımlar idi. Bununla bir daha təsdiq etdiniz ki, Siz hər bir azərbaycanlının Prezidenti olaraq bizim yanımızdasınız. Xalqımız bir daha əmin oldu ki, dövlətimiz etibarlı əllərdədir.

Cənab Prezident, əmin ola bilərsiniz ki, biz də Sizin ətrafınızda sıx birləşərək verdiyiniz sərəncam və tapşırıqları yerinə yetirməyə həmişə hazırıq. İnanırıq ki, məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində hər sahədə qələbə qazandığımız kimi, çox qısa zamanda bu pandemiyaya da qalib gələcəyik, ölkəmiz bu fəlakətdən minimum itkilərlə çıxacaq.

Cənab Prezident, Sizə yaşadığım ərazinin əhalisi adından Azərbaycan vətəndaşının sağlamlığı naminə gördüyünüz qabaqcıl tədbirlərə görə minnətdarlığımı bildirirəm. Sizə Allahdan möhkəm cansağlığı, işlərinizdə bol uğurlar arzulayıram.

Dərin hörmətlə,

İsmayılov Seyran Maarif oğlu

Azərbaycan Respublikası, Lerik rayonu, Çayrud kəndi.