Üzeyir Məmmədovdan, Lerik, Azərbaycan
04 aprel 2020, 11:15
Hörmətli cənab Ali Baş Komandan, hörmətli Prezidentimiz.
Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizlərə təşəkkür edirik. Bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da küçələr, fərdi yaşayış evləri mütəmadi olaraq dezinfeksiya olunur. Aztəminatlı ailələr icra hakimiyyəti rəhbərinin tapşırığı ilə tez-tez yoxlanılır. Ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir.
Cənab Prezident, bütün bu işlərə görə Sizlərə xalqımız adından təşəkkür edirik. Uca Allah xalqımızı və xalqı düşünən hər bir məmuru qorusun. Biz Qarabağ qaziləri hər zaman Sizin ətrafınızda sıx birləşmişik və bütün işlərinizdə Sizlərə yaxından kömək etməyə hazırıq.
Uca Allah Sizi qorusun, cənab Prezident.
Dərin hörmətlə,
Məmmədov Üzeyir Cavanşir oğlu
Qarabağ müharibəsi qazisi
Azərbaycan Respublikası, Lerik rayonu.