04 aprel 2020, 10:00

Lətif Həmidov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Cəbhə bölgəsində yaşayan tərtərlilər Sizin rayonumuza göstərdiyiniz diqqət və qayğını daim hiss edirlər. İnsanların rahat və firavan yaşamaları üçün həyata keçirdiyiniz layihələri ürəkdən alqışlayırıq.

Son illərdə rayonumuzda yol infrastrukturunun yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, kənd və qəsəbələri birləşdirən yollar yenidən qurulur.

Səhləbad-Hüsənli avtomobil yolunun əsaslı təmirinə başlanılması və yenidən qurulması bu yoldan istifadə edəcək 10-dan çox kəndin sakinlərinin sevincinə səbəb olub. Bu vaxta qədər xeyli iş görülüb, torpaq yatağı işlənib, yol üzərindəki köhnə su ötürücüləri yeniləri ilə əvəz edilib. Artıq yol asfalt örtüyünün salınmasına tam hazırdır. Bu yol gələcəkdə kəndimizin sakinlərinin rayon mərkəzi və qonşu kəndlərə gediş-gəlişini asanlaşdıracaq, istehsal etdiyimiz məhsulların ünvana tez və itkisiz çatdırılmasına şərait yaradacaq.

Hörmətli cənab Prezident. Cəbhə bölgəsində yaşayan insanlara göstərdiyiniz diqqət və qayğıya görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Həmidov Lətif

Əzimov Şamil

Əliyeva Fitat

Musayev İlqar

Hüseynov Məhəmməd

Qarayev İlham.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaraağacı kəndi.