Bəybala Şükürovdan, Ağsu, Azərbaycan
Text size
03 aprel 2020, 14:30
Hörmətli cənab Prezident.
Sizin xalqımız üçün necə dəyərli işlər gördüyünüzün biz növbəti dəfə şahidi olduq. Dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı Sizin ölkəmizdə gördüyünüz tədbirlər həyati əhəmiyyətlidir.
Cənab Prezident, Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayırıq. Ümid edirik ki, Sizin fədakar əməyiniz nəticəsində xalqımız bu bəladan minimum itkilərlə qurtulacaq. Bütün xalqımız kimi, ailəmiz də bu mübarizədə Sizinləyik.
Hörmətlə,
Şükürov Bəybala Ağasəməd oğlu.
Azərbaycan Respublikası, Ağsu rayonu, Kalva kəndi.