26 mart 2020, 16:25

Solmaz Şirinova və başqalarından, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

“Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamınıza əsasən şəhərimizdə yeni inşa edilmiş beşmərtəbəli, 40 mənzilli yaşayış binası Novruz bayramı ərəfəsində istifadəmizə verildi. Biz bunu Sizin goranboylulara bayram hədiyyəniz kimi dəyərləndirdik.

Artıq müasir tələblərə cavab verən rahat və geniş mənzillərdə yaşayırıq. Mənzillərin bölünməsi də tam ədalətli və şəffaf keçirildi.

Rayonumuza göstərilən diqqət və qayğıya görə bütün goranboylular adından Sizə minnətdarlığımızı bildirir, yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Uca Allah Sizi dövlətimizin üstündən əskik etməsin.

Hörmətlə,

Şirinova Solmaz

Qasımov Azər

Qədimov Müsəddiq

Orucova Ədalət və başqaları (cəmi 8 nəfər).

Azərbaycan Respublikası, Goranboy rayonu.