26 mart 2020, 16:20

Məhəmməd Abdullayevdən, Zaqatala, Azərbaycan

Hörmətli cənab Prezident.

Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən tədbirlər vaxtında atılan addımlar idi və virusla mübarizədə çox böyük əhəmiyyət daşıyır.

İzolyasiya tədbirləri, müvafiq qadağalar, həssas qruplardan olan insanlara, xüsusən yaşlı nəslə qayğı qısa müddətdə xəstəliyin qarşısını almağa kömək edəcək.

İnanırıq ki, Sizin rəhbərliyinizlə görülən tədbirlər ölkəmizi epidemiyadan qoruyacaq. Gecə-gündüz çalışdığınız, daim vətəndaşların marağını üstün tutduğunuz üçün çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Abdullayev Məhəmməd Abdulla oğlu.

Azərbaycan Respublikası, Zaqatala rayonu.