26 mart 2020, 12:00

Elmar Hüseynov və İlham Rüstəmovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bu gün koronavirusun tapıldığı ölkələrin sayı, xəstəliyin şiddəti və cəmiyyətə təsiri, pandemiya səviyyəsinə çatması bütün dünya ictimaiyyətini bu infeksiya ilə mübarizə üçün ayağa qaldırıb.

Sizin rəhbərliyinizlə Azərbaycanda virusun yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində lazımi tədbirlər geniş miqyasda həyata keçirilməkdədir. Bizi cəsarətə və inamlı olmağa çağıran mesajınız, ayırdığınız vəsaitlər, təşəbbüsünüzlə könüllü toplanılan ianələr Sizin hər zaman vətəndaşı düşünməyinizin göstəricisidir.

Biz müharibə veteranları bilirik ki, bu virusun hədəfi bütövlüklə cəmiyyətin hər bir üzvüdür. Ona görə də cəmiyyətin bütün resursları səfərbər edilməlidir. Bu mənada ölkəmizin ictimai-siyasi həyatında Sizin sadiq əsgərləriniz olaraq könüllü kimi bu işə töhfə verməyə, Zati-alinizə dəstək olmağa hazırıq.

Cənab Prezident, biz hər zaman Sizin yanınızdayıq. Əminik ki, xalqımız Sizin ətrafınızda sıx birləşərək, bu sınaqdan da üzüağ çıxacaqdır.

Hörmətlə,

Hüseynov Elmar, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri

Rüstəmov İlham, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədr müavini.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.