20 mart 2020, 21:00

Səbuhi Abdullayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

İlk növbədə, Novruz bayramı münasibətilə möhtəşəm təbrikiniz üçün elm və təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm.

Bu gün cəmiyyəti narahat edən sualların cavabları Sizin əzəmətli çıxışınızda öz əksini tapdı. Belə güclü və iradəli liderimizin varlığı biz gənclərin daha qətiyyətli çalışmasına geniş üfüqlər açır. Qlobal problem olan koronavirusla bağlı ölkəmizdə görülən misilsiz işlər məhz Sizin hər bir vətəndaşı düşünərək atdığınız addımdır. Xüsusilə, koronavirusla əlaqədar böyük məbləğdə maliyyə vəsaiti ayırmağınız ölkə vətəndaşlarının, o cümlədən sahibkarların yanında olduğunuzun daha bir əyani sübutudur.

Sizə yorulmaz fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram. Ailəmiz adından, xüsusən Birinci vitse-prezident Mehriban Əliyevanın adını daşıyan balaca qızımın adından Sizi və Mehriban xanımı, bütün ailənizi və yaxınlarınızı Novruz bayramı münasibətilə təbrik edirəm.

Hörmətlə,

Abdullayev Səbuhi Eldar oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.