Nicat Həbibovdan, Sumqayıt, Azərbaycan
20 mart 2020, 15:00
Hörmətli cənab Prezident.
Dünyanı cənginə alan, ən inkişaf etmiş ölkələrdə belə iqtisadi durğunluğa səbəb olan koronavirus infeksiyası sanki bir sınaqdır. Sizin rəhbərliyinizlə bu bəlanın qarşısının alınması üçün görülən tədbirləri alqışlayırıq. Bu addımlarla Siz xalqımızın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin edirsiniz, eyni zamanda, qlobal tənəzzüldən zərər görən sahələrə dəstək olursunuz.
Mən bir Azərbaycan vətəndaşı kimi Sizinlə fəxr edir, Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilən tədbirlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz gənclər bu qayğılı günlərdə Sizin ətrafınızda səfərbər olaraq dövlətimizə, xalqımıza könüllü xidmət etməyə hazırıq.
Əminik ki, xalqımız Sizin ətrafınızda sıx birləşərək bu sınaqdan da üzüağ çıxacaq, daha güclü Azərbaycan naminə birgə səylərimiz yeni töhfələr verəcək.
Hörmətlə,
Həbibov Nicat Şiraz oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.