20 mart 2020, 13:30

Rüstəm Xocayevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sosial sahədə həyata keçirilən islahatlar yüz minlərlə insanın həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. İşsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər hər kəsdə razılıq doğurur.

Bir neçə ildir ölkəmizdə icrasına başlanılan ömünüməşğulluq proqramının səmərəsini görürük. Aztəminatlı ailənin üzvü olaraq mənə bu proqram çərçivəsində verilmiş mal-qara hesabına təsərrüfat yaratmışam. Həm iş-güc sahibi olmuşam, həm də işləyib ailəmin ehtiyaclarını təmin edəyəcəm.

Cənab Prezident, ailəm adından Sizə təşəkkür edir, Azərbaycanımızın daha da inkişafı üçün həyata keçirdiyiniz işlərdə uğurlar arzulayıram. Allah Sizi və doğmalarınızı qorusun. Novruz Bayamınız mübarək olsun!

Hörmətlə,

Xocayev Rüstəm İsmayıl oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi.