20 mart 2020, 13:00

İsa Məmmədovdan, Quba, Azərbaycan

Hörmətli cənab Prezident.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında imzaladığınız sərəncama görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Sizə bu çətin və şərəfli yolda uğurlar arzulayıram.

Mən də bir tibb işçisi kimi öz növbəmdə xalqımıza əlimdən gələn köməyi edirəm və bütün tapşırıqları şərəflə yerinə yetirəcəyəm.

Hörmətlə,

Məmmədov İsa İslam oğlu.

Tibb üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası, Quba rayonu.