19 mart 2020, 15:00

Rəhman Məmmədovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin yolunun Sizin tərəfinizdən uğurla davam etdirilməsi, iqtisadi inkişaf strategiyasının və sosialyönümlü siyasətin həyata keçirilməsi nəticəsində bu gün ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalmış, vətəndaşların maddi rifah halı yüksəlmişdir. Əhalinin bütün təbəqələri üçün sosial təminat sistemi təkmilləşdirilmiş, həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilmişdir. Aztəminatlı ailələrin dövlət dəstəyi ilə fərdi təsərrüfatlara sahib olması və maddi gəlirlərinin artırılmasına şərait yaratmaq niyyəti ilə həyata keçirilən özünüməşğulluq proqramı da bu işlərin davamıdır. Mən də bu proqrama cəlb olunmaq məqsədi ilə müraciət etmişdim. Müvafiq təlimləri keçdikdən sonra irəli sürdüyüm biznes plan üzrə xidməti avadanlıqla təmin olundum.

İndi öz seçdiyim sahə üzrə çalışır, ailəmi dolandırıram. Özünüməşğulluq proqramı çox yaxşı təşəbbüsdür. Bunun sayəsində minlərlə iş yeri yaradılıb, insanların məşğulluğu təmin olunub.

İnsanlar üçün yaradılan bu imkana, şəraitə görə Sizə minnətdaram, cənab Prezident. Novruz bayramınız mübarək olsun.

Hörmətlə,

Məmmədov Rəhman Vəli oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.