19 mart 2020, 14:50

Sara İsayevadan, Zərdab, Azərbaycan

Əziz Prezidentimiz.

Zərdab şəhərindəki Həsən bəy Zərdabi parkının əsaslı şəkildə yenidən qurulmasına görə özüm və ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Mən, Həsən bəy Zərdabinin qardaşı oğlu, ömrünün çoxunu Sibirdə və Orta Asiyada sürgündə yaşamış, İ.V.Stalinin ölümündən sonra bəraət alaraq doğma Zərdaba qayıdan, ömrünün sonunadək həmin bu parkda bağban işləyən, elə bu parkda dünyasını dəyişən Həmdulla bəyin qızıyam. Həsən bəy Zərdabinin adına olan bu parkın belə ürəklə, vicdanla yenidən tikilib əsl park halına salınmasını görəndə fərəhdən ürəyim dağa döndü. İnanın ki, sürgündən doğma Zərdabımıza qayıdıb özümüzə ev tikəndə bu qədər sevinməmişdim. Var olun, cənab Prezident. Allah Sizi və bu işdə əməyi olan bütün insanları qorusun.

Hörmətlə,

İsayeva Sara Həmdulla qızı

Azərbaycan Respublikası, Zərdab şəhəri.