İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

02 mart 2020, 11:00
İlham Əliyev Polşanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Polşa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskinin etimadnaməsini qəbul edib.

Səfir Rafal Poborski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Rafal Poborski dedi: Cənab Prezident, məni Azərbaycan Respublikasına fövqəladə və səlahiyyətli səfir olaraq akkreditə edən etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram. Zati-aliləri, ümid edirəm ki, mənim missiyam Azərbaycan və Polşa xalqları arasındakı dostluq münasibətlərini gücləndirəcək.

Rafal Poborski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz, cənab səfir, sizi görməyə çox şadam. Azərbaycandakı fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Əminəm ki, sizin görəcəyiniz çox işlər var. Çünki ölkələrimiz arasında münasibətlər inkişaf edir və biz çox güclü siyasi əlaqələr yaratmışıq. Mən məmnunluqla ölkənizə rəsmi səfərimi və Prezident Dudanın Azərbaycana səfərini xatırlayıram. Biz ikitərəfli əməkdaşlığımızla bağlı çoxşaxəli məsələləri müzakirə etmişik. Bu ilin yanvarında biz Davosda görüşümüz zamanı tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha təsdiqlədik. Bizim üçün Polşa çox vacib tərəfdaş və dost ölkədir. Uzun illər ərzində ölkələrimiz arasında sıx dostluq münasibətləri inkişaf etmişdir. Ötən illər ərzində çoxsaylı təmaslarımız olub. Şadam ki, hazırda biz təkcə siyasi sahədə deyil, iqtisadi sahədə də inkişafı görürük. Bildiyiniz kimi, bizim Mərkəzi Avropa üzrə regional ticarət nümayəndəliyimiz Polşada yerləşir. Bu fakt onu göstərir ki, dünyanın bu regionunda sizin ölkənizi əsas ticarət tərəfdaşımız hesab edirik. Əminəm ki, qarşıdakı illərdə bizim əlaqələrimiz inkişaf edəcək. Prezident Duda ilə birlikdə bu ilin yanvarında gələcək planlarımızı müzakirə etmişik. Mən Sizə uğurlar arzulayıram.

Səfir Rafal POBORSKİ dedi:

- Təşəkkür edirəm, Zati-aliləri. İkitərəfli münasibətlərimiz barədə ətraflı söylədiklərinizdən sonra nəyisə əlavə etmək çətindir. İcazə verin deyim ki, mən dostluq münasibətlərimizi gücləndirmək üçün Prezidentimiz tərəfindən buraya göndərilmişəm. Bilirəm ki, hər iki Zati-alilərinin bir-biri ilə çox yaxşı təmasları var. Siz çox tez-tez görüşürsünüz. Bizim ikitərəfli münasibətlərimizin təməl aspektlərini çox yaxşı vurğulayırsınız. Mən Polşadakı həmkarlarımın köməyi ilə həm ikitərəfli siyasi dialoqumuzun inkişafına töhfə vermək, həm də iqtisadi münasibətləri inkişaf etdirmək üçün əlimdən gələn və mümkün olan hər şeyi etməyə çalışacağam. Hər iki ölkə region üçün çox əhəmiyyətlidir. Biz nəqliyyat qovşaqlarından faydalanmaq üçün çox yaxşı mövqedəyik. Biz çox böyük məmnuniyyətlə Sizin enerji siyasətinizdəki nailiyyətlərin şahidi olmuşuq. Bilirəm ki, bununla bağlı şirkətlərimiz arasında dialoq aparılır. Ümid edirik ki, bu, uğurlu layihələrlə nəticələnəcək, birlikdə hər iki tərəf faydalana biləcək. Əlbəttə, mədəni əlaqələrin və xalqlar arasında təmasların yaradılması sahəsində çox yaxşı perspektivlər mövcuddur. Ümid edirik ki, paytaxtlarımız arasında birbaşa uçuşlar açılacaq. Bu layihənin həyata keçməsi üçün də əlimdən gələni edəcəyəm.

Görüşdə enerji, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51