24 fevral 2020, 14:40

Sahib Aslanov və başqalarından, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident.

1993-cü ildə Azərbaycanın başı üzərini təhlükə alanda xalq özünün və Vətəninin taleyini ulu öndər Heydər Əliyevə etibar etdi. Zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində Ulu Öndər ölkəni, milləti, ən əsası, gənc müstəqil dövləti bütün bəlalardan xilas etdi.

Azərbaycan xalqı bu misilsiz xidməti heç vaxt unutmur və unutmayacaq. Ümummilli lider Azərbaycanın ən yeni tarixini yaratdı, Siz isə bu tarixi bütün dünyaya tanıtdırdınız.

Sizin rəhbərliyinizlə ölkəmizdə, o cümlədən Qazax rayonunda həyata keçirilən infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri, yaradılan yeni müəssisələr rayonumuzun simasını dəyişir, bütün sahələrdə hiss olunan inkişaf əhalinin yaşayışında da öz əksini tapır.

Bütün bu işlər xalqın ürəyincədir. Aqrar sahədə görülən işlər isə kəndlinin torpağa bağlılığını, sabaha ümidini artırır.

Cənab Prezident, güclü Azərbaycan naminə gördüyünüz bütün işlərə görə Sizə minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Aslanov Sahib

Carçıyeva Afət

Göyüşova Sevil

Nuruyeva İradə

Əkbərova Naibə və başqaları.

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi.