24 fevral 2020, 13:15

Gündüz İbadovdan, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident.

Almaniyanın Münxen şəhərində Ermənistanın baş naziri Paşinyanla debatınızı böyük maraqla izlədim. Bir Qarabağ müharibəsi əlili olaraq Sizin düşmən dövlətin rəhbərinə qarşı sərt çıxışınızı alqışlayır və Sizinlə fəxr edirəm. Nə yaxşı ki, varsınız. Sizin ermənilərə vurduğunuz bu tarixi zərbə başda biz Qarabağ əlilləri olmaqla hər kəs tərəfindən, bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılandı və alqışlandı.

Tezliklə torpaqlarımızı düşmən tapdağından azad edəcəyimizə inamımız daha da artıb. Sizin bu çıxışınız gənclərimizə böyük ürək-dirək və dəstək oldu. Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

İbadov Gündüz Sabir oğlu, II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Ağdaş rayonu.