24 fevral 2020, 12:50

İsrail Kərimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdəki çıxışınızla bağlı minnətdarlığımı atalar sözü ilə başlamaq istəyirəm: ”Ot kökü üstə bitər”. Yəqin ki, müzakirələrin getdiyi vaxt Ulu Öndərin ruhu şad idi. Bütün Azərbaycan xalqı kimi O da Sizinlə fəxr edirdi.

Həmin müzakirələri sevinc göz yaşları ilə izlədim. Paşinyanın Sizin qarşınızdakı cılız görkəmi hələ uzun zaman xatırələrdə qalacaq. Siz müasir Azərbaycanın qurucusu Ulu Öndərimizin davamçısı kimi Azərbaycanı bütün dünyada tanıdırsınız. Gün gələcək ölkəmizdəki inkişaf Qarabağda da olacaq.

Bütün işlərinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Kərimov İsrail

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.