22 fevral 2020, 15:45

Nəbi İbrahimovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr iki siyasətçinin deyil, iki siyasi məktəbin müzakirəsi idi. Siz isə ümummilli lider Heydər Əliyevin məktəbini keçmiş bir siyasətçi kimi, əlbəttə, müqayisə olunmaz dərəcədə üstün idiniz. Bunu Paşinyan da, bütün dünyada yaşayan ermənilər də, Ermənistanın sakinləri də gördü. Paşinyan Sizdən heç vaxt unuda bilməyəcəyi bir dərs aldı.

Müzakirələri izləyərkən özümü dünyanın ən xoşbəxt insanı sayırdım. Bilirəm ki, torpaqlarımızın azad olunması zamanı yaşayacağımız xoşbəxtlik hissləri də Sizinlə bağlı olacaq.

Dərin hörmətlə,

İbrahimov Nəbi Məmməd oğlu

Azərbaycan Respublikası, Salyan rayonu.-