22 fevral 2020, 15:30

Zaur Qasımovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən müzakirələrdə qətiyyətli çıxışınıza görə Sizə təşəkkür edirik.

Sizin liderlik qabiliyyətiniz, biliyiniz bizi çox qürurlandırdı. Bu müzakirələr dünyanın bir çox ölkələrinin mətbuatında geniş təhlil edilmiş, Azərbaycanın haqq səsi müdafiə olunmuşdur. Hətta Ermənistan mətbuatı da Sizin siyasi lider kimi üstünlüyünüzü qəbul etdi.

Bütün bunlar da bizdə fəxr hisləri yaşatdı.

Cənab Prezident, biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha böyük qələbələrə imza atacaq.

Dərin hörmətlə,

Qasımov Zaur Mehdi oğlu

Azərbaycan Respublikası, Qobustan rayonu.-