22 fevral 2020, 15:00

Kənan Əliyevdən, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə mənfur qonşularımızın baş nazirinin əsassız iddialarına tutarlı cavab verməklə yanaşı, həm də müasir dialoq siyasətini təmsil edirdiniz. Paşinyan isə sivil dialoqa hazır olmadığını göstərdi.

Bütün Azərbaycan xalqı kimi, mən də həmin anlar qürur hissi keçirirdim, Sizinlə fəxr edirdim.

Var olun cənab Prezident. Yolunuz açıq olsun.

Dərin hörmətlə,

Əliyev Kənan Fariz oğlu

Azərbaycan Respublikası, Lerik rayonu, Soru kəndi.