22 fevral 2020, 14:30

Məhəbbət Dadaşovdan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistan baş naziri Paşinyanla debatda Sizin dahiyanə çıxışınız məndə qurur hissi oyatdı.

Mən riyaziyyatçıyam. Siz bir diplomat kimi, bir tarixçi alim kimi, ingilis dilini səlis bilən filoloq kimi və nəhayət mənim doğma Azərbaycanımın əvəzedilməz prezidenti kimi “Dağlıq Qarabağ Azərbaycanındır” teoremini həm də riyaziyyatçı kimi isbat etdiniz. Paşinyan da Sizin zəhminiz qarşısında özünü itirərək dediklərinizin doğru olduğunu öz dili ilə söylədi.

Söz ən böyük silahdır. Ulu öndər Heydər Əliyev güclü nitqi və düşüncəsi, kəsərli sözü ilə çox maneələri aşdı. İnanıram ki, Sizin düşüncənizin, məntiqinizin, uzaqgörən siyasətinizin, biliyinizin gücü sayəsində tezliklə doğma torpaqlar azad ediləcək və üçrəngli bayrağımız Qarabağımızın ən yüksək zirvəsində dalğalanacaqdır.

Sizə bu yolda uğurlar arzulayıram.

Dərin hörmətlə,

Dadaşov Məhəbbət Vahub oğlu

Əməkdar müəllim

Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürsəngi kəndi.