22 fevral 2020, 18:00

Rüfət Əliyevdən, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdəki çıxışınızla Ermənistanın baş naziri Paşinyanı növbəti dəfə susdurmağınız və çıxılmaz vəziyyətə salmağınız bizə fəxarət hissi yaşatdı. Siz tarixi faktlara əsaslanaraq geniş auditoriya qarşısında Qarabağımızın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bir daha isbat etdiniz. Bütün bunların qarşısında dünya ictimaiyyəti mənfur erməni siyasətinin, saxta erməni tarixinin nələrdən ibarət olduğunu gördü. Sadaladığınız faktlar qarşısında erməni baş nazirinin dili topuq vuraraq sonda həqiqəti söyləməyə düçar qaldı. O, çıxışında Qarabağın Azərbaycanın bir hissəsi olduğunu dedi. Atalarımızın “dil dolaşar, düzünü deyər” deyimi Paşinyanın timsalında təcəlli etdi. Biz Sizinlə qürur duyuruq, cənab Prezident. İnanırıq ki, Siz Qarabağ həqiqətlərini dünya siyasi arenalarında neçə belə paşinyanlara sübut edərək, işğal altında olan torpaqlarımızı azad edəcəksiniz. Bizə qürur dolu hissləri yaşatdığınıza görə Sizə bir daha minnətdarıq. Allah Sizi qorusun.

Hörmətlə,

Əliyev Rüfət.

Azərbaycan Respublikası, Salyan rayonu, Qızılağac kəndi.