22 fevral 2020, 16:00

Fəridə Əzizova və Yeganə Kərimovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdəki çıxışınızla tarix yazdınız. Təcavüzkar ölkənin başçısı tarixi faktları təhrif etməklə müzakirənin əsl mahiyyətindən yayınmağa çalışırdı. Siz isə siyasi etika qaydalarına riayət edərək təmkinlə əsl həqiqətləri geniş auditoriyaya çatdırdınız. Təsadüfi deyil ki, Ermənistanın bir çox ekspert və siyasətçisi də Sizi bu müzakirələrin qalibi hesab edir.

Xalqımız Sizinlə fəxr edir, cənab Prezident. Bu şərəfli işinizdə Sizə bol uğurlar arzulayır, daim Sizi dəstəklədiyimizi bildiririk.

Dərin hörmətlə,

Əzizova Fəridə, Kərimova Yeganə

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.