22 fevral 2020, 12:50

Elbrus Hacıyevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə göstərdiyiniz siyasi iradə Ermənistanın bu münaqişədə heç vaxt qalib olmadığını və olmayacağını bir daha sübut etdi. Ermənistanın baş nazirinin əsassız arqumentlər gətirmək cəhdi isə onu yenə də gülünc vəziyyətə saldı.

Cənab Prezident.

Bu müzakirələri izləyərkən Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizinlə bir daha qürur duyduq. Konfrans çərçivəsində apardığınız bütün görüşlər Qarabağa tərəf atılan addımlar oldu. İnanırıq ki, yaxın vaxtlarda Ağdam torpağına qayıdacağıq. Ölkəmizin bütün vətənpərvər insanları, qeyrətli oğulları Sizə dəstəkdir. Azərbaycanın adını ucaltdığınıza, düşmənlərimizə siyasi və diplomatik sahədə tutarlı zərbələr endirdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Çox sağ olun, cənab Prezident.

Dərin hörmətlə,

Hacıyev Elbrus Baxşeyiş oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi.