20 fevral 2020, 16:10

Leyla Baxşıyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinə verdiyiniz tutarlı cavablar, faktlara əsaslanan çıxışınız bütün xalqı sevindirdi və qürurlandırdı. Siz Azərbaycanın haqlı mövqeyini bir daha dünyaya çatdırdınız. Ermənistanın işğalçılıq siyasətini növbəti dəfə ifşa etdiniz. Siz xalqın tükənməyən alqışlarına layiqsiniz, cənab Prezident. Biz Sizinlə fəxr edirik. Əminik ki, Sizin rəhbərliyinizlə hələ çox qələbələr qazanacağıq. Çox sağ olun, cənab Prezident. Nəsimi rayonu 44 saylı orta məktəbin kollektivi və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Baxşıyeva Leyla Qabil qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.