20 fevral 2020, 12:50

Nuranə Rzayevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Ali Baş Komandan.

Münxen şəhərində təşkil olunmuş debatda milli mənafelərimizi müdafiə edən tarixi çıxışınız bizi bir daha qürurlandırdı. Dünya ictimaiyyətinin diqqət mərkəzində olan belə bir mötəbər tədbir çərçivəsində Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması barədə ifadə etdiyiniz fikirlər Sizin siyasi bacarığınızın, dərin biliklərinizin bariz nümunəsidir.

Biz öz Prezidentimizə, onun yürütdüyü siyasətə və dövlətimizin çiçəklənməsi üçün əlindən gələni əsirgəməyəcəyinə inanırıq.

Cənab Prezident, Sizə bir daha öz dərin təşəkkürümüzü bildirir, ətrafınızda sıx birləşdiyimizi bəyan edirik.

Hörmətlə,

Rzayeva Nuranə Məzahir qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.