20 fevral 2020, 12:15

Qədir Allahverdiyevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Münxen debatında işğalçı Ermənistanın səriştəsiz və diplomatiyanın incəliyindən xəbərsiz baş naziri Nikol Paşinyana verdiyiniz dərs Tərtər ağsaqqallarının sonsuz sevincinə səbəb olmuşdur. Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olması haqqında səsləndirdiyiniz tutarlı tarixi faktlar qarşısında əks tərəf çıxılmaz vəziyyətdə qaldı. Ataların məşhur bir məsəli var: “Yalan ayaq tutar, amma yeriməz”. Paşinyan heç bir həqiqətə söykənməyən uydurma yalanları ilə özünü gülünc vəziyyətə, aciz duruma saldı.

Biz buna görə qəlbən sevinir və böyük qürur hissi keçiririk. Sizin real faktlara söykənən çıxışlarınız həqiqəti ortaya qoymaqla yanaşı, həm də ermənilərin dünyada uydurduğa yalanlara, formalaşdırdığı mifə çox tutarlı və sarsıdıcı zərbə oldu.

Doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi naminə Sizə yeni-yeni uğurlar arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Allahverdiyev Qədir

Azərbaycan Respublikası, Tərtər rayonu.