19 fevral 2020, 18:30

Emin Pənahov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin xalqımız üçün gördüyünüz işlər misilsizdir. Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə erməni yalanlarını beynəlxalq miqyasda bir daha ifşa etməyiniz, Ermənistanın baş nazirini gülüş hədəfinə çevirməyiniz damarından azərbaycanlı qanı axan hər kəsi, o cümlədən bizi fərəhləndirdi.

Münxendə “Mən buraya həqiqəti söyləməyə gəlmişəm” deməklə, Paşinyana məğlub olacağı barədə əvvəlcədən mesaj verdiniz. Bu debat bir daha sübut etdi ki, Paşinyan öz tarixini düz bilmir. Sizin ona keçdiyiniz tarix dərsi onu həqiqətlə üz-üzə qoyaraq gülünc vəziyyətə saldı.

Cənab Prezident, biz Sizinlə fəxr edirik. Bir daha əmin olduq ki, ölkəmizin taleyi və tarixi etibarlı əllərdədir. Nə yaxşı ki, dövlətimizi qoruyan, xalqını sevən Sizin kimi Prezidentimiz var. Biz gənclər həmişə Sizinləyik.

Hörmətlə,

Pənahov Emin,

Məmmədzadə Tunar,

Məmmədli Rəqsanə,

Nərimanzadə Nəriman

Azərbaycan Respublikası, Tərtər rayonu