19 fevral 2020, 17:30

Vüqar Əliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz uzaqgörən siyasətinizlə xalqın böyük məhəbbətini qazanmısınız. Siyasi arenalarda öz sözünüzü qətiyyətlə deməyiniz bu məhəbbəti daha da gücləndirir, xalqın sabaha inamını artırır.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə Ermənistanın baş nazirinə verdiyiniz tutarlı cavablar, faktlara əsaslanan çıxışınız bütün vətəndaşları, o cümlədən mənim ailəmi sevindirdi və qürurlandırdı. Azərbaycan xalqının ürəyi həmin anlarda Münxendə döyünürdü.

Siz xalqın tükənməyən alqışlarına layiqsiniz, cənab Prezident.

Biz Sizinlə fəxr edirik. Əminik ki, Sizin rəhbərliyinizlə hələ çox qələbələr qazanacaq, bayrağımızı Qarabağın bütün guşələrində dalğalandıracağıq.

Çox sağ olun, cənab Prezident.

Dərin hörmətlə,

Əliyev Vüqar Əyyub oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu.